Xaçmaz rayonu, Müzəffəroba kəndində (rayon mərkəzindən 9 km aralı- red.) Meşə Ərazisinin Mühafizəsi və Bərpası İdarəsinə məxsus meşə ərazisində 1 ha sahədə kol-kos və qurumuş ağaclar yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, meşə ərazisi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın dünən saat 23:16-da söndürülüb.
Ötən gün Xaçmaz rayonu, Muxtadır qəsəbəsində dənizin kənarında qamışlıq sahə 12 ha sahə də yanıb. Yaxınlıqdakı yanacaqdoldurma məntəqəsi və tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 17:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB