Paytaxtda 5 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

Paytaxtda 5 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

Bakıda 5 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, \"112\" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 8-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 03:15-də başa çatıb.

FHN-nin \"112\" qaynar telefon xəttinə daxil olmuş digər məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda on ikimərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaratıblar. Əməliyyat saat 22:05-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə