Bərdə rayonun Bəcirəvan kəndində iki nəfər 16 kalibrli ov tüfəngi ilə güllələnib. SİA-nın Qarabağ bürosunun veriyi xəbərə görə, hadisə zamanı rayon sakini 21 yaşlı Röyalə Qarayeva və 7 yaşlı Allahverdi Qarayev yaralanıb. Hər iki yaralı dərhal rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Röyalə Qarayeva sağ qolunun ön tərəfindən, az yaşlı uşaq isə sağ gözündən güllə yarası alıb.
Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. Amma Qarayevlər ailəsinin sözlərinə görə, bu dəhşətli cinayəti 5 yaşlı uşaq törədib. Evdə kimsənin xəbəri olmadan azyaşlı uşaq silahı götürərək əmisi arvadına və 7 yaşlı qardaşına atəş açıb.
Hüquq mühafizə orqanlarının araşdırmasından sonra cinayətin təfərrüatları məlum olacaq.
Qeyd edək ki, rayon polis şöbəsində bu istiqamətdə araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB