Aran-Mingəçevir yolunun 8-ci kilometrliyində ağır yol qəzası baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə zamanı Bakı şəhər sakini Səbuhi Ağayevin idarə etdiyi "Mersedes" markalı "Az10 EM 878" dövlət nömrə nişanlı avtomobillə, Yevlax rayonu Hürüuşağı kənd sakini Teyyub Süleymanovun idarə etdiyi "Az 66 AC 134" dövlət nömrə nişanlı "KAVZ" markalı sərnişin avtobusu toqquşub. Zərbənin təsirindən sərnişin avtobusu aşaraq yolun kənarına düşüb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 22 nəfər sərnişin Yevlax rayon Hürüuşağı kənd sakinləri olub.
Məlumat üçün bildirək ki, yaralılar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, qəza Gəncə şəhərinə yas mərasiminə gedərkən baş verib.
Baş vermiş hadisə ilə bağlı Yevlax rayon polis şöbəsində araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB