Paytaxtda yaşayış binasında partlayış baş verib. SİA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin \"112\" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda binada qaz balonunun partlaması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə və yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində məişətdə istifadə olunan kiçik həcmli qaz balonu partlayıb. Yanğın hadisəsi, dağıntı və xəsarət alan olmayıb. Xilasedicilər və yanğınsöndürənlər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB