Goranboyda ana öz övladını boğaraq öldürüb

Goranboyda ana öz övladını boğaraq öldürüb

Goranboyda ana öz övladını boğaraq öldürüb. SİA-nın Qarabağ üzrə bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Balakürd kəndində baş verib. 40 yaşlı ana Pərvanə Kərimova yaşadığı evdə 1-ci sinifdə oxuyan qızı Nuranə Quliyevanı boğaraq qətlə yetirib. Ana öncə uşağı döyüb, sonra isə əlləri ilə boğaraq öldürüb. Hadisəyə səbəb azyaşlı qızın dərslərinə yaxşı hazırlaşmaması olub.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırma zamanı məlum olub ki, Pərvanə Kərimova 2003-cü ildə 4 aylıq oğlunu da suda boğaraq öldürdüyü üçün cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət Gəncədə Ruhi-Əsəb Dispanserində müalicə olunub. P.Kərimova hazırda psixi vəziyyəti ilə əlaqədar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Şamxal Cəlaloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə