Məcburi köçkünlərin məskunlaşdığı yataqxanada partlayış baş verib

Məcburi köçkünlərin məskunlaşdığı yataqxanada partlayış baş verib
Bu gün saat 11:00 radələrində Bakının Xətai rayonu Gəncə prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada partlayış baş verib.

Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən SİA-ya verilən məlumata görə, 9 mərtəbəli binada qaz balonu partlayıb. Adi çağırışla hadisə yerinə 3 yanğınsöndürən maşın yollanıb və hazırda orada çalışırlar.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Amma hadisənin dəqiq təfərrüatları barədə hələlik məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə