Azərbaycanın Sumqayıt şəhərində yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu gün Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 163 kv.m olan 4 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 15 kv.m sahədə yanıb. Yanğın zamanı tüstülənmiş zonadan 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə edilib. Yanğın saat 16:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB