Dəmir Yolu Vağzalında bomba həyəcanı

Dəmir Yolu Vağzalında bomba həyəcanı

Fövqəladə Hallar Nazirliyinə Bakı Dəmir Yolu Vağzalının ərazisində partlayıcı qurğunun olması barədə məlumat daxil olub. Nazirliyin saytına istinadən xəbər verilir ki, dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi məqsədilə hadisə yerinə cəlb ediliblər.


Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Nazirliyin mütəxəssisləri digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə vağzalın ərazisinə (150-200 metr məsafədə perronlara, dəmir yolu xətlərinin üzərinə və saxlama kameralarına) baxış keçirib. Nəticədə şübhəli əşya aşkar edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə