Kür çayında bədbəxt hadisə baş verib. Kəlbəcər rayon Yellicə kənd sakini 1965-ci il təvəllüdlü Ağaxanova Xanbukə Babaxan qızı Kür çayının Samux rayon hissəsində boğularaq ölüb. Samux rayon prokurorunun köməkçisi Namiq Süleymanovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, mərhum paltar yuyarkən suya yıxılıb və beləliklə də bataraq dünyasını dəyişib.
Hazırda ərazidə Samux rayon polis şöbəsi, prokurorluq orqanları və Fövqaladə Hallar Nazirliyinin rəsmiləri axtarış aparır. Ancaq hələlik qadının cəsədi müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB