Maşını qaçırsa da...

Maştağa qəsəbəsində maşın qaçırılıb. SİA-nın BŞBPİ-dən aldışı məlumata görə, Maştağa qəsəbəsi Albalılıq bağları, Yeni massivdə yaşayan Novruz Məmmədova məxsus "VAZ-21011" markalı avtomobil yaşıdığı evin qarşısından qaçırılıb.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qaçırılmış avtomobil Maştağa qəsəbəsində saz vəziyyətdə tapılıb, avtomobili qaçıran Bakı şəhər sakini İlqar Məhərrəmov isə aprelin 10-da yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə