Aprelin 5-nə keçən gecə Bakı şəhər sakini Hamlet Mehdizadəyə məxsus olan və Moskva prospektində yerləşən \"Loğman Farm\" MMC-nin ofisindən dəmir barmaqlıqları sındırma yolu ilə 21 min manat oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Tural Əsədov, Rafiq Məmmədov və Abşeron rayon sakini Elçin Həsənov aprelin 10-da yaxalanıb.
Araşdırmalar davam etdirilir.
Araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB