Ruhi xəstə intihar edib
Bakıda ruhi xəstə intihar edib. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsində ruhi xəstə Azadə Abbasova yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə