Həmyerlimizin üzərinə 5 nəfər hücum çəkib
Rusiya paytaxtında İslam xadimi kimi tanınan həmyerlimiz Mətin Meydiyev qətlə yetirilib. "İnterfaks" agentliyi xəbər verir ki, faktla bağlı Moskva polisində cinayət işi açılıb.
Məlumata görə, əvvəllər Rusiya İslam Mədəniyyət Mərkəzinin beynəlxalq şöbəsinə rəhbərlik edən 33 yaşlı Mehdiyev ötən gecə yaşadığı ünvanda-2-ci Brest küçəsi ev 43-də öldürülüb. O, həyat yoldaşını və 2 aylıq körpəsini mənzildə qoyaraq yaxınlıqdakı mağazadan ərzaq almaq üçün evdən çıxıb. Bu vaxt naməlum şəxslər ona boğazından bıçaq zərbəsi endirdikdən sonra sifətini eybəcər hala salıblar.
Şahidlərin bildirdiklərinə görə, Mətinə hücum edən şəxslərin sayı 5 nəfər olub ki, onlardan biri qadındır.
Qeyd edək ki, M.Mehdiyev RF İslam Mədəniyyət Mərkəzinindən başqa Rusiya Qafqaz Xalqlarının Konqresi, Rusiya Müftilər Şurası və Qafqaz Hüquq Mərkəzi adlı təşkilatlarla əməkdaşlıq edib, qafqazlıların Moskva cəmiyyətində inteqrasiyalarına köməklik göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB