Oğurluqda şübhəli bilinən 3 nəfər yaxalanıb

Oğurluqda şübhəli bilinən 3 nəfər yaxalanıb

Aprelin 5-nə keçən gecə Bakı şəhər sakini Hamlet Mehdizadəyə məxsus Moskva prospektində yerləşən "Loğman Farm" MMC-nin ofisindən dəmir barmaqlıqları sındırma yolu ilə 21 min manat oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Tural Əsədov, Rafiq Məmmədov və Abşeron rayon sakini Elçin Həsənov aprelin 10-da yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə