Ağdam rayonu ərazisində yerləşən atəş hazırlığı poliqonunda insident baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, atəş hazırlığı zamanı Ağdam rayon polis şöbəsinin rəis köməkçisi Haqverdiyev Allahverdi Yaqub oğlu əlindəki tapança ilə ehtiyatsız davranıb. Nəticədə güllə açılaraq onun özünü yaralayıb. Ağır yara alan polis zabiti Ağdam rayonu ərazisində yerləşən hərbi hospitala çatdırılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Son məlumatlara görə isə, polis zabitinin vəziyyəti ağırdır.
Hadisə ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB