Bir gündə 5 şəhərdə zəhərlənmə

Bir gündə 5 şəhərdə zəhərlənmə
Ölkənin müxtəlif şəhərlərində dəm qazından zəhərlənmə hadisəsi baş verib. Sumqayıt şəhər sakinləri Aynurə Azayeva, Elnur Tağıyev, Aynurə Əkbərova, Sevil Həsənova, Könül Bayramova, Abşeron rayon sakini Pirzad Səfərova, Gəncə şəhər sakini Həmidə Kamalova, Göygöl rayon sakini Gülnar Mahmudova dəm qazından, Cəlilabad rayon sakini Rəvan Adıyev isə dərmandan zəhərlənmə ilə xəstəxanaya aparılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, faktlarla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə