9 ay axtarışda olan şəxs aprelin 9-da həbs olunub

9 ay axtarışda olan şəxs aprelin 9-da həbs olunub

Polis 9 ay axtarışda olan oğrunu yaxalayıb. SİA-nın Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən aldığı məlumata görə, 2011-ci il noyabrın 11-nə keçən gecə Bakı şəhər sakini Novruz Tahirova məxsus Bakı-Astara yolunun 33-cü km-da yerləşən mağazadan qapını sındırma yolu ilə 1000 manat və tütün məmulatları oğurlanıb. iki gün sonra - avqustun 13-nə keçən gecə isə Z.Qasımov küçəsində yerləşən Bakı şəhər sakini Elxan Gülməmmədova məxsus mağazadan qapını sındırmaq yolu ilə 400 manat oğurlanıb. Uzun axtarışdan sonra, yəni aprelin 9-da Bakı şəhər sakini Pərviz Məhərrəmov Qaradağ RPİ 38-ci PB əməkdaşları tərəfindən yaxalanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə