Məlahət Həsənovanın mənzilindən qızıl-zinət əşyaları oğurlanıb

Məlahət Həsənovanın mənzilindən qızıl-zinət əşyaları oğurlanıb

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Vəfa Məmmədova aprelin 9-da yaxalanıb. SİA-nın Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən aldığı xəbərdən məlum olub ki, o, sentyabrın 10-u 2011-ci il tarixdə Ümüd qəsəbə sakini Nail Məmmədovun evindən açıq qapıdan keçmə yolu ilə 500 manat, 2800 ABŞ dolları və qızıl-zinət əşyaları, bu il aprelin 3-də isə Sahil qəsəbəsi E.Quliyev küçəsində yaşayan Məlahət Həsənovanın mənzilindən açar seçmə yolu ilə qızıl-zinət əşyaları oğurlayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə