Xaçmazda ikimərtəbəli ev yanaraq külə dönüb

Xaçmazda ikimərtəbəli ev yanaraq külə dönüb

Bu gecə saat 23 radələrində Xaçmaz rayon Heydər Əliyev prospekti 23 ünvanında ümumi sahəsi 110 kvadratmetr olan 2 mərtəbəli yaşayış evində yanğın baş verib.

SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, hadisə yerinə dərhal rayon Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və 3 yanğınsöndürən maşın cəlb olunub. FHN Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini Fikrət Ələkbərovun verdiyi məlumata görə, tüfeyli həyat tərzi keçirən Dövlət Mövlamova məxsus ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Fikrət Ələkbərov həmçinin ilkin versiya kimi hadisəyə qısaqapanmanın səbəb olduğunu bildirib.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə