Batmış balıqçı tapıldı
Xəzərdə batmış balıqçı tapılıb. SİA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, aprelin 6-da Bakı şəhəri, Xəzər rayonunda 1989-cu il təvəllüdlü Ricat Ağalar oğlu Əliyev balıq tutmaq məqsədi ilə qayıqda dənizə çıxıb və batıb.

Aparılmış axtarış-xilasetmə əməliyyatı nəticəsində aprelin 9-da Əliyevin cəsədi batdığı ərazidən, təxminən, 500 metr aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:44-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə