Ucarda qəza: yaralanan var
Ucar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.Hadisə rayonun Azərbaycan küçəsində, dörd yol adlanan hissəsində qeydə alınıb. SİA-nın verdiyi xəbərə görə,Ucar rayon sakini 1985-ci il təvəllüdlü Musayev Elmir İlqar oğlu idarə etdiyi "Mercedes"-190 markalı maşınla hərəkətdə olarkən idarə etməni itirib və yol kənarında yerləşən dirəyə çırpılıb. Nəticədə sürücü aldığı müxtəlif bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə