Əcnəbilər xeyli məbləğdə valyutanı çıxararkən yaxalandılar

Əcnəbilər xeyli məbləğdə valyutanı çıxararkən yaxalandılar

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən mart ayında və aprelin əvvəllərində yerli və əcnəbi vətəndaşlar tərəfindən xeyli məbləğdə valyutanın gömrük orqanına bəyan olunmadan respublikadan aparılması cəhdlərinin qarşısını alınıb. SİA-nın DGK-nın saytına istinadən verdiyi məlumata görə, həyata keçirilən tədbirlər zamanı Azərbaycan vətəndaşları - Samir Qayıbovdan Bakı-Dubay aviareysilə uçmaq istəyərkən 4600 ABŞ dolları, Əvəz Fərhadovda (Bakı-İstanbul) 1500 ABŞ dolları, Nəcəf Məmmədovda (Bakı-İstanbul) 1500 avro, Sadiq Abdullayevdə (Bakı-İstanbul) 5000 ABŞ dolları, Samir Vəliyevdə (Bakı-Sankt-Peterburq) 4700 ABŞ dolları, Afaq Mirzəyevada (Bakı-İstanbul) 2700 ABŞ dolları, Fəyyaz Şükürovda (Bakı-Dubay) 4900 ABŞ dolları, Samir Şükürovda (Bakı-Dubay) 4400 ABŞ dolları, Eldar Rzayevdə (Bakı-Tbilisi) 4000 ABŞ dolları, Natella Camalovada (Bakı-Urumçi) 4800 ABŞ dolları, Əziz Quliyevdə (Bakı-İstanbul) 2800 ABŞ dolları aşkarlanıb.


Bundan başqa, gömrük orqanına bəyan etmədən respublikadan valyuta çıxaran Türkiyə vətəndaşları - Zafer Yalçından (Bakı-İstanbul) 2500 ABŞ dolları, Ertan Fıratdan (Bakı-İstanbul) 4500 ABŞ dolları, Ramazan Altıntopdan (Bakı-İstanbul) 3000 ABŞ dolları, Ahmet Karadan (Bakı-İstanbul) 4200 ABŞ dolları, Gürkan Demirkandan (Bakı-İstanbul) 1500 ABŞ dolları, Osman Meydançıdan (Bakı-İstanbul) 1900 ABŞ dolları, Rusiya vətəndaşları - Məmməd-Paşa Kuliyevdən (Bakı-Moskva) 3000 ABŞ dolları, Niyazi Quliyevdən (Bakı-Moskva) 60000 Rusiya rublu, Gürcüstan Respublikasının vətəndaşı Şahin Bayramovdan (Bakı-Urumçi) 4800 ABŞ dolları götürülüb.

Bütün faktlarla bağlı təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə