Qəbələdə qar uçqununa düşən ovçuların cəsədləri tapılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, aparılmış əməliyyat xilasetmə işləri nəticəsində bu gün səhər saat 09:30 radələrində itgin düşmüş şəxslərin cəsədləri Qoçqaya adlanan ərazidə, 3 metr dərinlikdə qar uçqununun altından tapılaraq çıxarıllb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, aprelin 4-də nazirliyin \"112\" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Vəndam kəndinin 3 nəfər sakinləri - 1990-cı il təvəllüdlü Bayramov Nadir Tahir oğlu, 1991-ci il təvəllüdlü Baxşəliyev Zakir Qəzənfər oğlu və 1992-ci il təvəllüdlü Kərimov Elçin Müharif oğlu martın 30-da ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıblar.
Yaxınları onların qar uçqununa düşdüyünü bildiriblər. Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasia dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, həmçinin xüsusi təlim keçmiş itləri hadisə rayonuna cəlb olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB