Meksikanın qərbində ağır avtomobil qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisə nəticəsində azı 14 nəfər həlak olub, 9 adam yaralanıb. Yerli hakimiyyət orqanlarının yaydıqları xəbərə görə, qəza Xalisko ştatındakı şəkər qamışı plantasiyalarından birində meydana gəlib. Belə ki, 30 işçini aparan kiçik yük avtomobilinin sürücüsü idarəetməni itirdiyinə görə maşın ağaca çırpılıb və çevrilib. Yaralılanların vəziyyətinin ağır olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB