Bu gün səhər saatlarında Gəncədə Nizami rayonu Mahrasa bağı adlanan ərazidə silahlı qruplaşmalarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında silahlı insident baş verib.Gəncə Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, silahlı insident qanunsuz silahlı qruplaşmanın zərərsizləşdirilməsi zamanı baş verib. İnsident zamanı hər iki tərəfdən ölənlər və xəsarət alanlar var. Bildirilib ki, hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Qeyd edək ki, hadisə zamanı 2 nəfər ölüb, 5 nəfərin xəsarət aldığı bildirilir. Hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, 3-ü ağır xəsarət alıb. Qanunsuz silahlı birləşmənin isə 1 üzvünün həlak olduğu, 2 nəfərin xəsarət aldığı deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB