Fövqəladə Hallar Nazirliyin (FHN) xilasediciləri Qəbələdə qar uçqunu altında qalan 3 nəfəri hələ tapa bilməyiblər. SİA-nın xəbərinə görə, bu barədə FHN məlumat yayıb.
Nazirlikdən bildirilir ki, 30 mart 2012-ci il tarixində Qəbələ rayonunda dağlıq ərazidə itkin düşən rayonun Vəndam qəsəbəsinin 3 nəfər sakinin axtarışları 05.04.2012-ci il tarixində davam etdirilib. FHN-nin Aviasiya dəstəsinin 1 ədəd helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlərin cəlb olunduğu axtarışlar nəticə verməyib.
İtkin düşmüş şəxslərin axtarışları 06.04.2012-ci il tarixində davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB