Bakıda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda "VAZ-21011" və "Mercedes" markalı 2 minik avtomobili toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, avtomobillərdə olan 3 nəfər yaralanıb, şəxsiyyəti məlum olmayan "VAZ-21011" markalı minik avtomobilinin sürücüsü isə hadisə yerində vəfat edib. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 01:02-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB