Qəbələdə 3 ovçu qar uçqununa düşüb

Qəbələdə 3 ovçu qar uçqununa düşüb
Azərbaycanda 3 nəfər ovçu qar uçqununa düşüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin \"112\" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Vəndam kəndinin 3 nəfər sakini ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıblar.
Yaxınları onların qar uçqununa düşdüyünü bildiriblər. Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlər hadisə rayonuna cəlb olunublar. İtgin düşmüş şəxslərin axtarışları bu gün də davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə