Ağsuda baş verən yol qəzasında bir ailənin 2 üzvü ölüb

Ağsuda baş verən yol qəzasında bir ailənin 2 üzvü ölüb
Ağsu rayonunda ağır yol qəzası baş verib. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, dünən saat 18:00 radələrində Ağsunun Bico kəndi ərazisində 63 yaşlı Şərafəddin Hüseynovun idarə etdiyi \"VAZ 2107\" markalı avtomobil aşıb. Nəticədə sürücü və həyat yoldaşı - 1950-ci il təvəlüdlü Tubinisə Hüseynova hadisə yerində keçiniblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə