Şəmkir şəhərində "Land-Rover", "Mercedes", "VAZ-21015" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. SİA-nın Daxili İşlər Nazirlyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində "VAZ-21015" markalı avtomobilin sürücüsü – 1989-cu il təvəllüdlü Nəzərli Şahmar Oqtay oğlu hadisə yerində ölüb. Bundan başqa diametri 50 mm olan qaz xətti qaynaq yerindən qopub.
Faktla bağlı hadisə yerinə cəlb edilən yanğınsöndürənlər həmin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB