Ağcabədidə partlamamış hərbi sursatlar tapılıb

Ağcabədidə partlamamış hərbi sursatlar tapılıb

Ağcabədi rayonun Qiyamadınlı kəndi ərazində ANAMA-nın apardığı əməliyyat axtarış tədbirləri zamanı partlamamış hərbi sursatlar aşkar edilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ərazidən iki ədəd tank əleyhinə mina üzə çıxıb.

Hərbi sursatların tapıldığı ərazidə Qarabağ müharibəsində qızğın döyüşlər gedib. Müharibə zamanı ermənilər kənd ərazisini iki dəfə işğal edib. Bu minalarıda ermənilər həmin vaxt basdırıb.


Uzun illərdir ki torpağın altında qalan minalar eroziyaya uğradığından daşınması təhlükəli olub. Buna görə də minalar yerindəcə zərərsizləşdirilib.



Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə