Bakıda iki avtomobil toqquşub, ölən və yaralananlar var

Bakıda iki avtomobil toqquşub, ölən və yaralananlar var

Bakıda iki avtomobil toqquşub. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, aprelin 3-də saat 03.00 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakinləri Ruslan Rəhimovun idərə etdiyi \"Mercedes\" və Azər Cəfərov idarə etdiyi \"VAZ-2107\" markalı avtomaşınlar toqquşub. İdarəetmə itirildiyindən hər 2 avtomaşın yolun kənarındakı mağazaya dəyib.

Nəticədə Cəfərov hadisə yerində ölüb, xəsarət almış Rəhimov və sərnişini Cabir Nəsirov, habelə mağazada işləyən Yavər Əzimov isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Bütün xəbərlər Facebook səhifəmizdə