Moskva bazarındakı yanğında erməni "barmağı"

Moskva bazarındakı yanğında erməni "barmağı"

Moskvada 17 tacikistanlı işçinin ölümü ilə nəticələnən bazar yanğını ilə bağlı ikinci şübhəli şəxs həbs edilib. "Vesti" telekanalının verdiyi məlumata görə, o, yanan anbarı icarəyə götürmüş firmanın rəhbəridir. "Albaset" MMC-nin rəhbəri Sedrak Stepanyan anbarı icarəyə götürərək, orada qeyri-leqal miqrantları işə cəlb edib. Hazırda Sedrak Stepanyan Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva şəhəri üzrə idarəsində ifadə verir və həbs-qətimkan tədbirinin seçilməsi məsələsi müzakirə edilir.


Qeyd edək ki, anbarın sahibi - "Start 2" MMC-nin baş direktoru Vladimir Lıkov da həbs edilib. O, yanğın təhlülkəsizliyi qaydalarının pozulması nəticəsində iki və daha artıq şəxsin ölümündə şübhəli bilinir.


Xatırladaq ki, yanğın ötən gecə Kaçalov bazar kompleksinin ərazisində baş verib. Yanan anbarın yataqxana kimi istifadə olunduğu güman edilir. Yanğın yerində aparılan axtarış-xilasetimə işləri zamanı 17 nəfərin cəsədi aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə