Bakı Beynəlxalq Avtovağzalında yanğın olub

Bakı Beynəlxalq Avtovağzalında yanğın olub

Bakı Beynəlxalq Avtovağzalında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən SİA-ya verilən məlumata görə, hadisə bu gün avtovağzal ərazisində fəaliyyət göstərən kafedə baş verib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Kafe 10 kv.m sahədə yanıb, xəsarət alan yoxdur.

İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə