Ötən gün oğurluq etdiklərinə görə tutulan Eldar Nəzərovun və Mirzəxan Abdullayevin ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Kamaləddin Talıbovla birgə Abbasəli Novruzova məxsus bağ evindən geyim əşyaları oğurlamaları da müəyyən edilib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Sumqayıt ŞPİ, Abşeron RPŞ və Kəpəz RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Talıbov tutulmuş, ona məxsus 1 ədəd \"TT\" markalı tapança, 1 ədəd patron darağı, 5 ədəd rezin başlıqlı patron, 1 ədəd \"Vinçester\" markalı tüfəng və 23 ədəd ona aid patron Gəncə şəhərində yaşayan qohumunun evindən aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB