Kürdəmir sakini Bakıda oğurluq etdi

Kürdəmir sakini Bakıda oğurluq etdi

Çevik polis oğurluqda şübhəli bilinən şəxsi həbs edib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün Nizami rayonu ərazisində Bakı şəhər sakini Natiq Məmmədova məxsus mağazadan 9 manat pul və 350 manat dəyərində tütün məmulatı oğurlamış Kürdəmir rayon sakini Qayğısız Amanmuradov Baş Mühafizə İdarəsi və Çevik Polis Alayı əməkdaşları tərəfindən saxlanılmış və Nizami RPİ 24-cü PB-yə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə