Mağazalara qənim kəsilən dəstə ələ keçib

Mağazalara qənim kəsilən dəstə ələ keçib
Qazaxda mağazalara qənim kəsilən şəxslər saxlanılıb. Dəstə üzvlərinin 10 gün ərzində ayrı-ayrılıqda 3 müxtəlif mağazadan oğurluq etdiyi bildirilir. SİA-nın verdiyi məlumata görə, oğurluq hadisəsi Qazax şəhərində Məzahir Sadıqova məxsus mağazada qeydə alınıb.

Obyektə qanunsuz daxil olan Rauf Vəkilov oradan xeyli miqdarda müxtəlif əşyalar və nəğd pul oğurlayıb. Polisin keçirdiyi əməliyyat nəticəsində şübhəli şəxsi isti izlərlə saxlamaq mümkün olub. Araşdırmalar zamanı müəyyən edilib ki, Rauf Vəkilov həmin gecə digər mağazanı da qarət etdiyi məlum olub. Qazax RPŞ-nin İstintaq bölməsinin rəisi Kazım Poladovun sözlərinə görə, R.Vəkilov həmin gecə Qazax şəhərində Elşad Məmmədova məxsus ərzaq mağazasına sındırma yolu ilə daxil olub və mağazadan 365 manat nəğd pulu oğurlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə