İki bacını avtomobil vurub

Qubada bir piyadanın ölümü, digərinin isə ağır yaralanması ilə nəticələnən yol qəzası hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi xəbər görə, Novruzun 13-cü günündə nəhsdən çıxmaqla əlaqədar keçirilən mərasimdə iştirak etmək istəyən 40 yaşlı Küpçal kənd sakini Göyçək Məstanova və onun bacısı 38 yaşlı Üçgün kənd sakini Əlvan Ziyadova körpünü keçərkən "Vaz-2108" markalı avtomobillə qarşılaşıb. Sürücü Seyhun Kərimovun idarə etdiyi avtomobil tərəfindən ağır bədən xəsarətləri alan piyadalar Quba Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq Əlvan Ziyadovanın həyatını xilas etmək mümkün olmayıb. Həkimlər digər yaralı Göyçək Məstanovanı orta ağır vəziyyətdə olduğunu bildirirlər.


İlkin ehtimala görə hadisə avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.


Emin Kərimov


Bütün xəbərlər Facebook səhifəmizdə