Rusiyada təyyarə qəzasında ölənlərin sayı 32-ə çatdı-YENİLƏNİB

Rusiyada təyyarə qəzasında ölənlərin sayı 32-ə çatdı-YENİLƏNİB

Sonuncu məlumatlara görə, Rusiya Federasiyasının Tümen vilayətində ATR-72 təyyarəsinin qəzası zamanı ölənlərin sayı 32 nəfərə çatıb, 11 nəfər sağ qalıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sağ qalanlar artıq hadisə yerindən evakuasiya olunublar və xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, UTair aviaşirkətinə məxsus Surquta uçan ATR-72 təyyarəsi bu gün Bakı vaxtı ilə saat 06:50-də qəzaya uğrayıb. Yerə düşmə zamanı təyyarə iki hissəyə parçalanıb və yanğın baş verib. Təyyarədə 39 sərnişin və 4 heyət üzvü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə