Paytaxtda yaşayış evində partlayış olub

Paytaxtda yaşayış evində partlayış olub

Paytaxtda yaşayış evində partlayış olub. SİA-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 1 mərtəbəli 5 otaqlı evdə partlayış baş verib.

Nəticədə evin konstruktiv elementləri deformasiyaya uğrayıb. Yanğın hadisəsi olmayıb. Partlayış zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə təcili yardım tərəfindən Yanıq Mərkəzinə aparılıblar. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə