Lənkaranda iki nəfər göldə boğulub

Lənkaranda iki nəfər göldə boğulub
Lənkaranda iki nəfər göldə boğulub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin \"112\" qaynar telefon xəttinə martın 31-də daxil olmuş məlumata əsasən, iki nəfər naməlum şəkildə Lənkəran rayonu Mahmudavar kəndi yaxınlığında, nəzarətsiz ərazidə olan gölə düşüb.

Dərhal hadisə yerinə çıxan Fövqəladə Hallar Nazirliyinin Cənub dalğıc-axtarış qrupunun xilasediciləri vətəndaşların köməyi ilə İstisu qəsəbə sakinləri 1977-ci il təvəllüdlü Hüseynov Əhməd Tahir oğlu və 1997-ci il təvəllüdlü Ağazadə Rəşad Qulamhüseyin oğlunun cəsədlərini paltarlı vəziyyətdə taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə