\"Qasid\"ə məxsus qəzet köşkündə oğurluq olub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, martın 26-da F.Əmirov küçəsində yerləşən \"Qasid\" firmasına məxsus qəzet köşkündən qapının qıfılını sındırma yolu ilə 625 manat, ödəmə kartları, siqaretlər və alışqanlar, martın 29-na keçən gecə isə həmin köşkdən eyni üsulla noutbuk, tütün məmulatları və internet kartları oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Mehman Abbasov, Kürdəmir rayon sakini Eldəniz Ələkbərov və Astara rayon sakini Emil Babayev martın 30-da tutulublar.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB