Qaradağ rayonunda baş vermiş yol qəzası ölümlə nəticələnib. SİA-nın xəbərinə görə, bu barədə məlumat FHN-in rəsmi saytında yerləşdirilir. Fövqəladə Hallar Nazirliyinin \"112\" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda \"BMW\" markalı minik avtomobili və \"Mercedes\" markalı mikroavtobus toqquşub.
Nəticədə, \"BMW\" markalı minik avtomobili deformasiyaya uğramış və avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Hümbətov Orxan Elman oğlu həlak olub. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB