Salyanda külli miqdarda narkotik maddə və silah tutulub. SİA-nın Aran bürosuna məlumat verən Salyan Rayon Polis Şöbəsinin müstəntiqi Ramil Məhərrəmov bildirib ki, polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan Salyan şəhər sakini, Elçin İmanov küçəsi, ev 26 ünvanında yaşayan Xəlilbəyli Elsevər Tofiq oğlu saxlanılıb.
Onun yaşadığı evə baxış keçirilən zaman istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 177,699 qram heroin, 108,778 qram tiryək, 1 kiloqram 290 qram həşiş qətranı, 0,48 qram qurudulmuş marixuana, 1 ədəd "Makarov" markalı tapança, həmin tapançaya aid 1 ədəd sandıqça, 3 ədəd patron, 1 ədəd pnevmatik tüfəng və digər əşyalar götürülərək şöbəyə gətirilib.
Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB