Bərdənin Mirzəxan kəndində yol qəzası hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, yüksək sürətlə hərəkət edən "Vaz 21011" markalı avtomaşın idarəetməni itirərək 1989-cu il təvəllüdlü İlqar Əhmədovu vurub. Daha sonra avtomobil İlqarla bərabər yaxınlıqdakı su kanalına düşüb. Hadisə yerində olan şahidlərin köməyi ilə avtomobilin sürücüsü və vurulan piyada xilas edilib.
Daha sonra zərərçəkən yerli sakinlər tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıb.
Qeyd edək ki, su kanalına düşən avtomobilin sahibi hadisə yerindən dərhal uzaqlaşdığından onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.Faktla bağlı rayon polis şöbəsində araşdırmalar aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB