Bakıda 26 yaşlı gənc gecə saatlarında qətlə yetirilib. Binəqədi rayon prokurorluğundan SİA-ya verilən məlumata görə, dünən gecə saat 03:00 radələrində 1986-cı il təvəllüdlü Elçin Məmmədov ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin çox keçmədən yaralı aldığı xəsarətlərin ağır olması səbəbindən xəstəxanada dünyasını dəyişib.
Cinayəti törədən şəxsin kimliyini müəyyən etmək üçün aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədovu qətlə yetirən şəxsin 51 yaşlı Gülağa Məmmədov olduğu müəyyənləşib və o saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB