Xaçmazda fəaliyyət göstərən "Arzu" Ticarət Mərkəzinin qətlə yetirilən sahibi, 73 yaşlı Nəcimə Babayevanın qızı intihar edib. 49 yaşlı Təranə Həbibova Xaçmazda bacısının yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik məlumat yoxdur. Xaçmaz Rayon Polis İdarəsi və Rayon Prokurorluğu araşdırmalara başlayıb.
Məlumat üçün bildirək ki, Yazıçılar Birliyinin üzvü, şairə, 73 yaşlı Nəcimə Babayeva 2010-cu ildə Xaçmaz rayonunda yerləşən şəxsi üçmərtəbəli mənzilinin birinci mərtəbəsində naməlum şəxs və ya şəxslər tərəfindən küt alətlə vurularaq qətlə yetirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB