Evə basqın edib ata ilə oğlu bıçaqlayan 4 nəfərdən biri həbs olundu

Evə basqın edib ata ilə oğlu bıçaqlayan 4 nəfərdən biri həbs olundu

Bakıda quldurluq etmiş şəxs tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəsimi rayonunda yaşayan Əli Ələkbərovun mənzilinə girən Yəhya adlı tanışı və 3 naməlum şəxs ona və oğlu Sürətə bıçaqla xəsarət yetirərək 1440 manat pul aparıb. Görülən zəruri tədbirlər nəticəsində Əli Ələkbərov və oğluna qarşı quldurluq edən Bakı sakini Yəhya İsmayılov artıq tutulub.

Digər 3 nəfərin məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə