Bakıda evə basqın edən Bakı şəhər sakini Yəhya İsmayılov tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, bu, Nəsimi Rayon Polis İdarəsi 19-cu polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub.
Hadisə martın 20-də qeydə alınıb. Əli Ələkbərovun evinə aldatma yolu ilə girən şəxs ona və oğlu Surətə bıçaqla xəsarət yetirib, oradan 1400 manat pul aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB